Yaponiya 1974-cü ilin noyabrında fəaliyyətə başlayan “Takahama” Atom Elektrik Stansiyasının birinci enerji blokunun istismarının davam etdirilməsini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiyanın Nüvə Enerjisinin Tənzimlənməsi Təşkilatının qərarına istinadən Kyodo agentliyi məlumat yayıb.
Fukui prefekturasında yerləşən və Kansai Elektrik Enerjisi Şirkətinə məxsus Takahama Atom Elektrik Stansiyası Yaponiyanın ən qədim atom elektrik stansiyasıdır.
Qeyd olunur ki, Nüvə Enerjisini Tənzimləyən Qurum bir sıra yoxlamalar aparıb və birinci enerji blokunun bütün təhlükəsizlik standartlarına uyğun olduğunu bildirib.
Kyodo agentliyinin məlumatına görə, bu, ölkədə ilk dəfədir ki, tənzimləyici orqan yaşı 50-dən çox olan enerji blokunun davamlı işləməsini təsdiqləyir.
İş icazəsi on il müddətinə verilir.