Yaponiya Baş Nazirinin istefası birjalarda əks-səda doğurubbackend

Yaponiya Baş Nazirinin istefası birjalarda əks-səda doğurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Baş Naziri Şinzo Abenin istefasına dair xəbərlərdən sonra Tokio Fond Birjasında (TSE) əsas indekslər 2 faiz azalıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ölkənin 225 ən iri şirkətinin səhmlərini əks etdirən NİKKEİ indeksi 22 828,14 faiz bəndinədək geriləyib və sonradan bir qədər dirçəlsə də, günü 22 882,65 faiz bəndində başa vurub. Birjanın ən elit birinci bölümündəki bütün şirkətləri ehtiva edən TOPİX indeksi isə 0,68 faiz azalaraq 1 604,87 faiz bəndinədək geriləyib.

Bir qədər əvvəl yerli televiziya Baş Nazir Şinzo Abenin səhhətinə görə istefa vermək fikrində olduğunu bildirib. Bu barədə rəsmi olaraq axşam keçiriləcək mətbuat konfransında açıqlama veriləcəyi gözlənilir.