Yaponiya idarəçilikdə ChatGPT-dən faydalanacaqbackend

Yaponiya idarəçilikdə ChatGPT-dən faydalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhalinin azalması və yaşlı olması Yaponiyada süni intellektə meyli artırıb.

NOCOMMENT xəbər verir ki, Yokosuka şəhər bələdiyyəsi indi inzibati tapşırıqlar üçün ChatGPT-dən faydalanacaq.

ChatGPT istifadəyə verildikdən sonra beş ay ərzində çox danışıldı. Ev tapşırığı və yazı üçün istifadə olundu. Suallara verdiyi cavablarla gündəmə gəldi. Yaponiyanın mərkəzindəki Yokosuka bələdiyyəsi ChatGPT üçün yeni istifadə halı müəyyən edib.

Yeni çığır açan Yokosukada bələdiyyə işçiləri; Süni intellekt modeli ChatGPT-yə orfoqrafiya yoxlanışı, layihə hazırlamaq və ümumiləşdirmə kimi sahələrdə müraciət edə biləcək. Tətbiq bir ay ərzində 4000 işçi üzərində sınaqdan keçiriləcək.

Qərar ChatGPT prodüseri OpenAI-nin sədri Sem Altmanın Yaponiyaya səfərindən sonra açıqlanıb.

Səfər zamanı Yaponiya rəsmiləri məxfilik və kibertəhlükəsizlik problemləri həll olunarsa, ölkənin süni intellekt texnologiyalarından faydalana biləcəyi mesajını verdi.