Yaponiya ilə ABŞ-dan hərbi təlimbackend

Yaponiya ilə ABŞ-dan hərbi təlim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və ABŞ qoşunları adaların müdafiəsi və işğal olunmuş adaların geri alınması simulyasiyası üçün birgə təlimlər keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti məlumat yayıb.

Məlumata görə Yaponiya Quru Özünümüdafiə Qüvvələri ABŞ dəniz piyadaları ilə birgə “Dəmir yumruq” təlimi çərçivəsində Kaqosima əyalətindəki Tokunosima adasında desant təlimi keçirib.

Uzaq adaların müdafiəsi və işğal olunmuş adanın geri alınması simulyasiyası üçün nəzərdə tutulan təlimdə iki ölkənin qoşunları quruya koordinasiyalı şəkildə hərəkət edib.

Qeyd edək ki, ötən ay başlayan təlimin martın 12-dək davam etməsi planlaşdırılır.

NOCOMMENT.AZ