Yaponiya ilə sülh müqaviləsi danışıqları mümkün deyilbackend

Yaponiya ilə sülh müqaviləsi danışıqları mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna münaqişəsindəki mövqeyinə görə Yaponiya ilə sülh müqaviləsi danışıqları mümkün deyil”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Bildirib ki, dialoqların bərpası üçüb hələ ki şərait yoxdur.

Putin həmçinin Qərbin Rusiyanın Avropadakı NATO müttəfiqlərinə hücum etmək planları haqqında iddialarını rədd edib:

“Yaponiya Rusiyanın strateji məğlubiyyətinə nail olmaq çağırışlarına qoşuldu. Sizcə, bunlar sülh müqaviləsi üzrə danışıqlar üçün yaxşı şərtlərdir? Bu gün Ukrayna böhranında Yaponiyanın siyasi qərəzliliyini görürük. İndi Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi üzrə dialoqun davam etdirilməsi üçün heç bir şərait yoxdur. Biz onu bərpa etməkdən imtina etmirik, ancaq lazımi şərait yaradılarsa,təbii ki, birinci növbədə məhZ Yaponiya tərəfdən, bəlkə də mümkün olar. Uydurdular ki, Rusiya NATO-ya hücum etmək istəyir. Bunu kim icad etdi? Bu cəfəngiyyatdır”.