Yaponiya NATO ilə birlikdə kosmosda təhlükəsizlik təlimlərində iştirak edəcəkbackend

Yaponiya NATO ilə birlikdə kosmosda təhlükəsizlik təlimlərində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya NATO ölkələri ilə birlikdə kosmosda təhlükələrə qarşı mübarizə aparmaq üçün “AsterX” təlimində iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təlimlər martın 14-15-də Fransada baş tutacaq. Digər təhdidlər arasında peyklərə hücumlar üçün fəaliyyət alqoritmləri işlənəcək.

“Yaponiya bazar ertəsi günündən etibarən Fransada keçiriləcək illik kosmik müdafiə təlimləri üçün NATO üzvləri və digər tərəfdaşlara qoşulacaq”, – nəşr bildirib.

Qeyd olunur ki, təlimlərdə Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da daxil olmaqla ümumilikdə on altı ölkə iştirak edəcək. “AsterX” məşqi 2021-ci ildən bəri hər il keçirilir.