Yaponiya NATO-nun şərq filialı adlandırıldıbackend

Yaponiya NATO-nun şərq filialı adlandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Yaponiyaya Asiya-Sakit okean regionuna nəzarət etmək üçün Şimali Atlantika Alyansının (NATO) Şərq filialı rolunu verir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya açıqlamasında Rusiya Federasiyası prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

“Birləşmiş Ştatlar Asiya-Sakit Okean regionuna nəzarət etmək üçün Yaponiyanı batmayan böyük bir təyyarə gəmisinə çevirdi. Honsyu və Okinavanı hərbi bazalarla doldurdular. Ölkəyə NATO — nun şərq filialı rolu həvalə edilib”, – deyə o vurğulayıb.

Bundan əvvəl Patruşev bildirib ki, hazırda Yaponiya müstəqil şəkildə nüvə silahı və qitələrarası ballistik raketlər istehsal edə bilər. Patruşev əlavə edib ki, yapon siyasətçiləri özünümüdafiə qüvvələrinin xaricdəki hərbi obyektlərə, o cümlədən qabaqlayıcı zərbələr endirmək hüququnu qanunla təsbit etməyə çalışırlar.