Yaponiyanın şimal-şərqində 2011-ci ildə baş verən zəlzələ və sunami nəticəsində zədələnmiş atom elektrik stansiyasının reaktoru ilk dəfə yenidən işə salınıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kyodo” nəşri məlumat yayıb.
Söhbət Miyaqi prefekturasında yerləşən Onaqava AES-in 2 nömrəli blokunun yenidən işə salınmasından gedir.
2011-ci ilin martında baş verən qəza zamanı Onaqava zavodunun hər üç reaktoru avtomatik olaraq bağlanıb və 9,0 bal gücündə zəlzələnin episentrinə ən yaxın olan AES-in özü təxminən 13 metr hündürlüyündə sunami dalğalarına məruz qalıb.