Yaponiya öz vətəndaşlarını Livandan çıxarmaq üçün İordaniya və Yunanıstana iki hərbi təyyarə göndərib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.
Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus Kawasaki C-2 nəqliyyat təyyarəsi Tottori prefekturasındakı bazadan havaya qalxıb. Onlar oktyabrın 4-də təyinat yerinə çatacaq və gözləmə rejimində olacaqlar.