Yaponiya Özünümüdafiə Qüvvələri Rusiya Sakit Okean Donanmasının gəmilərini izləyibbackend

Yaponiya Özünümüdafiə Qüvvələri Rusiya Sakit Okean Donanmasının gəmilərini izləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri Hokkaydonun (Yaponiyanın ən şimal adası) şimalında Rusiya Sakit Okean Donanmasının (PF) iki kiçik sualtı qayıq əleyhinə gəmisini izləyib.

NOCOMMENT.az xəbər verir ki, u barədə “İnterfaks” Birləşmiş Qərargah Rəislərinə istinadən yazır.

Verilən məlumata görə, Rusiya hərbi gəmiləri Sakit okeandan Laperuza boğazından keçərək Yaponiya dənizinə doğru irəliləyib. Onların fəaliyyətinə raket katerləri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin P-3C sualtı patrul təyyarəsi nəzarət edirdi.

Bundan əvvəl, uzun məsafəli səyahət çərçivəsində Rusiya Sakit Okean Donanmasının (PF) gəmilərindən ibarət dəstə Qərbi Malayziya yarımadası ilə Sumatra adası arasındakı Malakka boğazına daxil olub.