Yaponiya parlamenti yeni baş naziri təsdiqlədibackend

Yaponiya parlamenti yeni baş naziri təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri Yosihide Suqa ölkənin baş naziri vəzifəsində təsdiq edilib.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, onun namizədliyi parlamentin hökumət başçısı seçkilərində son söz sahibi olan aşağı palatasındakı deputatların əksəriyyəti tərəfindən dəstəklənib. Səsvermə qanunverici orqanın veb saytında canlı yayımlanıb.

Suqa yaxın saatlarda öz kabinetinin tərkibini elan etməlidir.

Qeyd edək ki, baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumət tam heyətdə istefaya gedib.