Yaponiya Patriot raketlərinin ABŞ-a təhvil verilməsini təsdiqləyibbackend

Yaponiya Patriot raketlərinin ABŞ-a təhvil verilməsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti “Patriot” raketdən müdafiə raketlərinin ABŞ-a təhvil verilməsinə icazə verib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məlum oldu ki, lisenziyalı Patriot raketlərinin ABŞ-a təhvil verilməsi ixrac qaydalarına uyğundur”, – bəyanatda deyilir.

Müdafiə ixracı qaydalarının sadələşdirilməsinə qədər Tokio Vaşinqtonu yalnız onların lisenziyası əsasında istehsal olunan müdafiə avadanlığı komponentləri ilə təmin edə bilərdi. Yeni qaydalara əsasən, Yaponiya istehsal lisenziyası vermiş ölkələri hazır avadanlıqla təchiz edə bilər.