Yaponiya Rusiya aviasiya şirkətinə qarşı sanksiyalar tətbiq edibbackend

Yaponiya Rusiya aviasiya şirkətinə qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti yenidən Rusiyanı KXDR-dən silah tədarük etməkdə ittiham edərək, Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi sənədə əsasən, sanksiyalar siyahısına Rusiyadan bir fiziki və doqquz hüquqi şəxs, həmçinin Kiprdən iki hüquqi şəxs əlavə edilib.

Yaponiya sanksiyalarından təsirlənənlər arasında “224-cü Uçuş Dəstəsi” dövlət aviaşirkətinin baş direktoru Vladimir Mixeyçik də var. Bundan əlavə, Aşuluk hərbi poliqonu və Rusiya hərbi nəqliyyat aviasiyasının komandanlığı ilə birlikdə aviaşirkətin özü də sanksiyalar siyahısına daxil edilib. Yaponiya Kiprin IBEX Shipping və Azia Shipping şirkətlərinə də məhdudiyyətlər qoyub.

Yaponiya Xarici İşlər Nazirliyi öz bəyanatında yenidən Rusiyanı KXDR-dən silah tədarük etməkdə ittiham edib. Moskva Qərb ölkələrinin Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıqla bağlı bu ittihamlarını dəfələrlə və qətiyyətlə rədd edib.