Yaponiya Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaq üçün bir neçə ölkənin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edibbackend

Yaponiya Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaq üçün bir neçə ölkənin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, Tokio Rusiyadan olan təşkilat və şəxslərə, Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qazaxıstandan olan 11 şirkət və təşkilata qarşı Rusiya Federasiyasına qarşı sanksiyalardan yayındığına görə sanksiyalar tətbiq edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Yaponiya hökuməti aktivlərin dondurulması və ixracın qadağan edilməsi yolu ilə Rusiya Federasiyasından olan təşkilat və şəxslərə qarşı məhdudiyyətlərin tətbiqini təsdiqləyib. Sanksiyadan yayınmada iştirak etdiklərinə görə barələrində də tədbirlər görülüb.

Hayaşi əlavə edib ki, Çin, Hindistan, Qazaxıstan, BƏƏ və Özbəkistanla əlaqələri olan və sanksiyalardan yayınmada iştirak edən 11 şirkət və təşkilata qarşı aktivlərinin dondurulması tədbirləri görülüb.