Yaponiya Rusiyanın sanksiyalarını qəbuledilməz adlandırıbbackend

Yaponiya Rusiyanın sanksiyalarını qəbuledilməz adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya tərəfi Rusiyanın bir sıra Yaponiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı etiraz edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosimasa Hayaşi brifinq zamanı bildirib.

“Bu cür tədbirlər Yapon şirkətlərinin qanuni fəaliyyətini məhdudlaşdırır və tamamilə qəbuledilməzdir”,- deyə rəsmi şikayət edib.

Rusiya Federasiyasının tətbiq etdiyi sanksiyalar Yaponiyanın məhdudlaşdırıcı tədbirlərinə cavab olsa da, Hayaşi yaponlardan fərqli olaraq onları qanunsuz hesab edir. Rəsmi xatırladıb ki, sonuncular Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı ilə əlaqədar təqdim edilib.

İyulun 23-də Moskva Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Siyahıya “RAKUTEN” korporasiyasının təsisçisi Mikitani Hiroşi, “Toyota Motor” şirkətinin idarə heyətinin sədri Toeda Akio, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Tanaka Akihiko, eləcə də Yaponiyanın iri şirkətlərinin top-menecerləri daxil edilib.