Yaponiya Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edibbackend

Yaponiya Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Taktik Raket Silahları Korporasiyasının (KTRV) rəhbərliyinə, “Vega” radiotexnika konserninə, Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə və Rusiyanın digər fiziki və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Sanksiya edilmiş şəxslərin siyahısına xüsusən də Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının daha beş üzvü daxil edilib. Aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalar Taktik Raket Silahları korporasiyasının rəhbəri Boris Obnosov, Uralvaqonzavodun baş direktoru Aleksandr Potapov və Soyuz şirkətinin baş konstruktoru Mkrtiç Okroyana da şamil edilib.

Yaponiya sanksiyalarına məruz qalan şirkətlərin siyahısına əsasən Rusiyanın müdafiə və elmi müəssisələri daxildir. Bundan əlavə, Yaponiya hökuməti Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Qazaxıstandan olan 11 xarici şirkətə qarşı Rusiyaya əvvəllər tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək etdiklərinə görə sanksiya tətbiq edib.