Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsi (Sahil Mühafizəsi) gəmilərində rabitə təmin etmək üçün “Starlink” peyk internetindən istifadə etməyi planlaşdırır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, cari maliyyə ili ərzində artıq 66 gəmi “Starlink” avadanlıqları ilə təchiz ediləcək, növbəti il isə daha 16 gəmidə quraşdırılacaq.
Layihənin icrası üçün hazırkı maliyyə ilində 4,26 milyard yen (təxminən 29 milyon ABŞ dolları) vəsait ayrılacaq.