Yaponiyanın Fukusima prefekturasında 5,8 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Güclü yeraltı təkanlar yerli vaxtla saat 00:14-də (Moskva vaxtı ilə 18:14) qeydə alınıb. Seysmik hadisənin mənbəyi 50 kilometr dərinlikdə yerləşib.
Hazırda mümkün dağıntılar barədə məlumat yoxdur.