Yaponiya Şimali Koreyaya ETİRAZ EDİB – Növbəti raket buraxılışı…backend

Yaponiya Şimali Koreyaya ETİRAZ EDİBNövbəti raket buraxılışı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti Pxenyanın növbəti raket buraxılışına görə diplomatik kanallar vasitəsilə kəskin etirazını bildirib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Tokio etirazında Şimali Koreyanın raket buraxılışlarının Yaponiya əhalisinin təhlükəsizliyinə təhlükə yaratdığını xüsusilə vurğulayıb.

Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, Şimali Koreya Yapon dənizinə doğru azı bir ballistik raket atıb. Bildirilir ki, raket təxminən 200 kilometr uçub, maksimal uçuş hündürlüyü 100 kilometr olub. O, Yaponiya dənizindəki Yaponiyanın iqtisadi zonasından kənarda düşüb. Yerli balıqçılara raket qalıqları aşkar edildikdə onlara yaxınlaşmamağa, müvafiq xidmətlərə məlumat vermək tövsiyə edilib.

Məsələ ilə bağlı Cənubi Koreya da öz etirazını bildirib.Qeyd edək ki, Şimali Koreya vaxtaşırı qonşuları istiqamətinə ballistik raketlər buraxır. Xüsusilə də cənub qonşusu tərəfə içi zibil dolu şarlar göndərir. Şimali Koreya Cənubi Koreyaya indiyə qədər təxminən 350 zibil balonu göndərib.