Yaponiya G7-yə üzv olan yeganə ölkədir ki, Ukraynanı silahla təmin etməyib və buna görə də Rusiya ilə münaqişənin həllində vasitəçi ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu fikri iyulun sonunda Rusiya Federasiyasına səfər etmiş Yaponiya parlamentinin yuxarı palatasının üzvü Muneo Suzuki TASS-a şərhində bildirib.
“Yaponiya əvvəlcə G7-də Ukraynaya silah verməyən yeganə ölkə idi. Ona görə də ortada durub vasitəçi kimi çıxış edə bilər. Düşünürəm ki, biz bu vəziyyətdən istifadə etməliyik”.
Yaponiyadan başqa G7-yə ABŞ, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Kanada daxildir.