Yaponiya Türkiyəyə yardımı ARTIRIRbackend

Yaponiya Türkiyəyə yardımı ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə sarsılan Türkiyə üçün göndərdikləri humanitar yardımı artıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Kişida Fumio açıqlama verib.

Milli parlamentin iclasında çıxış edən Yaponiyanın baş naziri fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə hökumətin Türkiyəyə səmimi başsağlığı verdiyini bir daha bəyan edib.

Yaponiya hökumətinin Türkiyəyə xilasetmə qrupları göndərdiyini xatırladan Kişida, yerli əhalinin ehtiyaclarına uyğun olaraq lazımi yardımı artırmağı nəzərdən keçirdiklərini bildirib.

Zəlzələnin vurduğu ziyanla bağlı məlumat toplamağa davam edəcəklərini bildirən Kişida, bölgədə yaşayan yaponlara dəyən ziyanla bağlı məlumat almadıqlarını bildirib.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu keçirdiyi mətbuat konfransında zəlzələlərdən zərər çəkən Suriyaya humanitar yardım göndərməyi planlaşdırdıqlarını da açıqlayıb.

NOCOMMENT.AZ