Yaponiya Ukraynaya 30 milyon dollarlıq avadanlıq tədarük edəcəkbackend

Yaponiya Ukraynaya 30 milyon dollarlıq avadanlıq tədarük edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Kişida Fumio Rusiyanın hücumlarının davam etdiyi Ukraynaya 30 milyon dollar dəyərində avadanlıq tədarük etməyi öhdəsinə götürüb.

NOCOMMENT xəbər verir ki, Rəsmi Kyodo agentliyinin məlumatına görə, Kişida Ukraynaya səfəri zamanı prezident Vladimir Zelenski ilə görüşü zamanı bu ölkəyə dəstəyini açıqlayıb.

Görüşlə bağlı birgə mətbuata verilən məlumata görə, iki lider Rusiyanın Ukraynaya hücumları zamanı törədilən “müharibə cinayətlərinin” cəzasız qalmaması barədə razılığa gəliblər.

Görüş zamanı Yaponiyanın baş naziri Zelenskini may ayında Xirosimada ev sahibliyi edəcəyi G7 Liderlərinin Sammitində onlayn iştiraka dəvət edib.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Kiyev səfərindən sonra Yaponiyanın baş nazirinin Polşaya səfəri gözlənilir.