Yaponiya və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcəkbackend

Yaponiya və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın müdafiə naziri Hamada Yasukazu və Çinin müdafiə naziri Li Şanqfunun Sinqapurda görüşəcəyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə Həmada və Şanqfu iyunun 2-4-də Sinqapurda keçiriləcək təhlükəsizlik forumu olan Şanqri-La Dialoqu çərçivəsində görüşəcək.

Görüşün Yaponiyanın Xirosima şəhərində keçirilən və mayın 21-də başa çatan G7 Sammitindən sonra elan edilməsi diqqət çəkib.

Məlumata görə Yaponiyanın müdafiə naziri Həmada Çin sahil mühafizə gəmilərinin Yaponiyanın ərazi sularını pozması, Yaponiya ətrafında keçirilən Çin-Rusiya birgə təlimi və Tayvan boğazında sülh və sabitliyin qorunmasının vacibliyi kimi məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu il Çin-Yaponiya Sülh və Dostluq Sazişinin 45-ci ildönümüdür.

NOCOMMENT.AZ