Yaponiyada müflisləşən şirkətlərin sayı artdıbackend

Yaponiyada müflisləşən şirkətlərin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kredit araşdırma firması “Teikoku Databank” Yaponiyada mart ayında başa çatan 2022-ci maliyyə ilində korporativ iflasların artdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, firma ən azı 10 milyon yen (76 min dollar) borcu olan korporativ firmaların işini araşdırıb.

Araşdırmada Yaponiyada 6 min 799 korporativ şirkətin 2022-ci ilin aprelindən 2023-cü ilin martına qədər ləğv prosedurlarına başladığı ortaya çıxıb.

Qeyd edək ki, bu rəqəm əvvəlki maliyyə ili ilə müqayisədə 883 ədəd artıb.

Araşdırmada xammal xərclərinin və enerji xərclərinin artması iflasa əsas səbəb kimi göstərilib.

Covid-19 ilə mübarizə çərçivəsində şirkətlərə verilən kreditlərin ödənilməməsinin də iflaslara təsiri olduğu qeyd edilib.

NOCOMMENT.AZ