Yaponiyada baş verən 6,5 bal gücündə zəlzələnin görüntüləribackend

Yaponiyada baş verən 6,5 bal gücündə zəlzələnin görüntüləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Yaponiyada bu gün 6,5 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyindən (JMA) verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:42-də İşikava əyalətinin sahillərində baş verib.

Məlumata görə zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanların başda Niiqata, Toyama, Fukui və Fukuşima əyalətləri olmaqla bir çox bölgədə hiss olunduğu açıqlanıb.

Sunami təhlükəsinin olmadığı bildirilib.

Suzu şəhərində yaşayan adı açıqlanmayan şəxsin zəlzələnin təsiri ilə pilləkənlərdən yıxılaraq öldüyü öyrənilib.

 

NOCOMMENT.AZ