Yaponiyada hava limanında partlayış: Uçuşlar ləğv edildibackend

Yaponiyada hava limanında partlayış: Uçuşlar ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Miyadzaki prefekturasının hava limanında partlayış baş verib.

NOCOMMENT.az-ın “Nikkei” agentliyinə istinadən xəbərinə görə, bu barədə yanğınsöndürmə xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış nəticəsində uçuş-enmə zolağı bağlanıb və hazırda uçuşlar ləğv edilib.

“Miyadzaki hava limanının ərazisində partlayış səsi təsdiqlənib. Təfərrüat məlum deyil”, – deyə məlumatda bildirilib.

Partlayış oktyabrın 2-də səhər saat 8 radələrində baş verib, nəticədə köməkçi yol zədələnib. Yolun üzərində təxminən 7 kvadratmetr sahəsi olan oval çuxur əmələ gəlib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 1943-cü ildə keçmiş hərbi-dəniz uçuş bazasının yerində inşa edilən hava limanı Miyadzaki şəhər mərkəzindən təxminən 7 km cənubda yerləşir.