Ötən ay Yaponiyada inflyasiya illik müqayisədə 3% artıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin hesabatında deyilir.
Məlumata əsasən, bu, 2023-cü ilin oktyabrından bəri maksimum artım tempidir. Bundan əvvəl ölkədə inflyasiya üç ay dalbadal 2,8% təşkil edib. Qeyd edilib ki, inflyasiya analitiklərin orta proqnozu ilə üst-üstə düşüb.
Eyni zamanda, elektrik enerjisi xərcləri keçən ay 26,2% artıb ki, bu da 1981-ci ilin martından bəri ən böyük artımdır. Bu dövrdə ərzaq 3,6 faiz, nəqliyyat xidmətləri 0,2 faiz, geyim 2,3 faiz, tibbi xidmət 1,5 faiz bahalaşıb.