Yaponiyada intihar edən tələbələrin sayı 2022-ci ildə ən yüksək həddə çatıbbackend

Yaponiyada intihar edən tələbələrin sayı 2022-ci ildə ən yüksək həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi ölkədə intihar edən tələbələrin sayının 2022-ci ildə ən yüksək həddə çatdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamaya görə ötən il ölkə daxilində intihar edən tələbələrin sayı əvvəlki ilə nisbətən 39 nəfər artaraq 512-yə çatıb.

Belə ki, 2022-ci ildə Yaponiyada 17 ibtidai, 495 orta məktəb şagirdi intihar edib.

Tələbə intiharları isə il ərzində ən yüksək – iyunda 60, sentyabrda isə 57 nəfər təşkil edib.

NOCOMMENT.AZ