Yaponiyada Mavar qasırğası nəticəsində 1 nəfər ölübbackend

Yaponiyada Mavar qasırğası nəticəsində 1 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada təsirli olan Mavar qasırğasının yaratdığı şiddətli yağışlarda 1 nəfər həyatını itirərkən, sel və torpaq sürüşməsi nəticəsində itkin düşdüyü bildirilən 3 nəfərin axtarışları davam edir.

NOCOMMENT xəbər verir ki, Aiçi əyalətinin Toyohaşi rayonunda bir nəfərin su altında qalan avtomobildə öldüyü açıqlanıb. Vakayama əyalətində sel sularına tutulan 2 nəfərin və Şizuoka əyalətində torpaq sürüşməsi nəticəsində dağılan evdə 1 nəfərin itkin düşdüyü qeyd edilib.

Axtarış tədbirlərinin davam etdirildiyi bildirilib. Magistral yollarda və əkinçilik sahələrində maddi ziyan meydana gələrkən, Gifu, Şizuoka, Aiçi və Mie əyalətlərində ən az 2 milyon insana müvəqqəti təxliyə xəbərdarlığı edildiyi, təxliyə xəbərdarlığının bu gündən etibarən ləğv edildiyi bildirilib. Şiddətli yağış səbəbindən dünən dayandırılan Tokaido Şinkansen Xəttində yüksək sürətli qatar xidmətləri bu gün günorta saatlarından etibarən fəaliyyətini bərpa edib.