Yaponiyada sanksiyalardan yayınmaqda şübhəli bilinən rusiyalı həbs edilibbackend

Yaponiyada sanksiyalardan yayınmaqda şübhəli bilinən rusiyalı həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada Rusiya vətəndaşı sanksiyalardan yayınaraq Rusiya Federasiyasına reaktiv xizəklər və digər mallar ixrac etməkdə şübhəli bilinərək həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Mövcud məlumata görə, 38 yaşlı rusiyalı Osakada ofisi olan Astrade ticarət şirkətinin nümayəndəsi olub. Ötən ilin yanvarında o, tətbiq edilən sanksiyalardan yayınaraq Rusiyaya reaktiv xizəklər, gəmi mühərrikləri və işlənmiş motosikletlər də daxil olmaqla mallar ixrac edib.

Bu həbs Yaponiyada sanksiyalar rejimindən yayınaraq Rusiyaya mal tədarükü ittihamı ilə edilən ilk həbsdir.

Rusiyanın Osakadakı Baş Konsulluğu bildirib ki, bu barədə Yaponiya polisi bu yaxınlarda xəbərdar edib. Rusiya diplomatları vəziyyəti izləməyə davam edəcəklər.