Yaponiyada səsvermə başlayırbackend

Yaponiyada səsvermə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 28 Mayda keçiriləcək prezident seçkilərinin ikinci turu üçün Yaponiyada səsvermə prosedurlarına başlanılıb.

NOCOMMENT xəbər verir ki, Yaponiyadakı mühacirlər paytaxt Tokio və Naqoyada yerli vaxtla səhər saat 8:00-dan başlayaraq səsverməyə başlayıblar. Türkiyənin Tokiodakı səfirliyi və Naqoya Baş Konsulluğu qarşısında səhər saatlarında səs verməyə gələn çoxlu sayda vətəndaş növbəyə düzülüb.

İki şəhərdəki türk seçicilər 20-21 may tarixlərində yerli vaxtla 08:00-22:00 arasında səs verə biləcəklər.

6 minə yaxın türk vətəndaşının yaşadığı Yaponiyada 5 minə yaxın türk seçicisi var.

Yaponiyadakı seçki bülletenlərinin mayın 21-də səsvermə prosesi başa çatdıqdan sonra hava yolu ilə Türkiyəyə göndərilməsi planlaşdırılır.