Yaponiyada son 41 ilin ən yüksək inflyasiyası qeydə alınıbbackend

Yaponiyada son 41 ilin ən yüksək inflyasiyası qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada Əsas İstehlak Qiymətləri İndeksi artan enerji və xammal xərclərinin ardından 2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən yüzdə 4,2 artdı.

NOCOMMENT xəbər verir ki, dəyişkən təzə qida məhsulları istisna olmaqla, Yaponiyada inflyasiya artmaqda davam edir.

İstehlak vergisi artımlarının təsiri nəzərə alınmasa, bu nisbət Yaponiyada son 41 ildə qeydə alınan ən yüksək inflyasiya səviyyəsi olaraq önə çıxdı.

İnflyasiyanın artmasının səbəbləri arasında enerji və xammal xərclərinin artması və yapon yeninin valyuta məzənnələrinə nisbətdə fasilələrlə ucuzlaşması göstərilir.