Yaponiyada zəlzələdən sonra “Fukusima-1” AES-in işi barədə məlumat verilibbackend

Yaponiyada zəlzələdən sonra “Fukusima-1” AES-in işi barədə məlumat verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fukusima-1” atom elektrik stansiyasından (AES) radiasiyadan təmizlənmiş suyun boşaldılması sistemində aparılan yoxlama zamanı zəlzələdən sonra hər hansı ciddi nasazlıq və ya zədələnmə aşkar edilməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kyodo agentliyi “Tokyo Electric Power” enerji şirkətinin mütəxəssislərinə istinadən məlumat yayıb.

Martın 15-nə keçən gecə Atom Elektrik Stansiyasının bloklarının fəaliyyəti dayandırılıb. Bu, keçən il fəaliyyətə başlayandan bəri sistemin qeyri-normal bağlanması ilə bağlı ilk hadisədir.

Qeyd edilir ki, Yaponiya AES-in ərazisində 1,34 milyon tondan çox su yığılıb. Bununla əlaqədar ölkə hökuməti tədricən təmizlənmiş suyun okeana buraxılmasına qərar verib. Bu əməliyyat 30-40 il çəkəcək.

Bir gün əvvəl fövqəladə vəziyyətə düşmüş “Fukusima-1” AES-in operatorunun zəlzələdən sonra stansiyadan təmizlənmiş suyun axıdılmasını dayandırdığı barədə məlumat yayılmışdı.