Yük gəmisi Naqasaki yaxınlığında batıb.
NOCOMMENT xəbər verir ki, Yaponiyanın cənub-qərbində, Naqasaki prefekturasının sahillərində 22 heyəti olan yük gəmisi batıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Honq-Konq bayrağı altında 6551 tonluq “Jintan” yük gəmisi Naqasaki yaxınlığında batıb.
Danco adalarının 110 kilometr qərbində batmış gəmidə olan 22 ekipaj üzvündən 4-nün xilas edildiyi qeyd edilib.