Yaponiyadan Ay modulu Hakuto-R (Hakuto-er) enişi uğursuz başa çatdı.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Ispace developer şirkətinin rəhbəri Takeşi Hakamada məlumat verib.
“Biz belə qənaətə gəldik ki, modulla əlaqə yaratmaq çətin olub və missiyanı başa çatdırmaq mümkün olmayıb. Ona görə də enişin uğursuz alındığını deyə bilərik”, – mütəxəssis gileylənib.
O, həmçinin aydınlaşdırır ki, hazırda şirkətin prioriteti uğursuzluğun səbəbini müəyyən etmək üçün alınan məlumatları təhlil etməkdir.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü ildə kosmik tədqiqatlara qlobal xərclərin rekord həddə çatacağı bildirilir. Daha dəqiq desək, ölkələr ötən il kosmik fəaliyyətlərə 135 milyard dollar xərcləyib ki, bu da 2023-cü illə müqayisədə 10 faiz çoxdur.
Mayın sonunda ekspertlər bildirmişdilər ki, süni intellekt (AI) peyklərinin kosmosa buraxılması və istifadəsi müxtəlif risklər daşıyır.