Yaponiyanın Baş naziri Siqeru İsiba bildirib ki, nüvə silahına “birgə sahib olmaq” ideyası mülkiyyət və ya nəzarət hüququ ilə deyil, qərar qəbuletmə prosesi ilə bağlıdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, “Kyodo” agentliyinə müsahibəsində belə bir açıqlama ilə çıxış edib.
“Mən qərar qəbul etmə prosesindən danışıram”, – o deyib. Agentlik açıqlayıb ki, söhbət “mülkiyyət hüququ” və ya “nəzarət hüququ” dan getmir. Lakin İsibanın daha ətraflı açıqlamaları verilmir.