Yaponiyanın baş naziri istefadan imtina etdibackend

Yaponiyanın baş naziri istefadan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Şigeru İsiba hakim Liberal Demokrat Partiyanın (LDP) parlament seçkilərində ardıcıl ikinci məğlubiyyətindən sonra istefa verməkdən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yapon xalqı bizə ciddi bir hökm verdi və bundan ciddi nəticələr çıxarılmalıdır”, – deyə İsiba mətbuat konfransında bildirib.

O əlavə edib ki, istefa verə bilməz, çünki hakimiyyətin seçicilərə verdiyi vədləri yerinə yetirməlidir. Baş nazir, həmçinin ABŞ-la gömrük rüsumları və tariflərlə bağlı danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.