Yaponiyanın baş naziri Qəzza ilə bağlı açıqlama veribbackend

Yaponiyanın baş naziri Qəzza ilə bağlı açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-dən İsrailə dəstək verən Yaponiyadan yeni açıqlama gəlib. Yaponiyanın baş naziri Kişida Fumio İsrail prezidenti İsaak Herzoqa Qəzzada gərginliyin tez bir zamanda aradan qaldırılacağına ümid etdiyini bildirib.

NOCOMMENT xəbər verir ki, İsrail prezidenti Hersoqla 30 dəqiqəlik görüşdə Kişida Qəzza zolağındakı gərginliyi tez bir zamanda sakitləşdirməyə ümid etdiyini bildirib.

Yaponiyanın baş naziri qeyd edib ki, Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün material təchizatının artırılması həyati əhəmiyyət kəsb edir.