Yaponiyanın baş naziri Rusiyanı nüvə təhlükəsi mənbəyi hesab edirbackend

Yaponiyanın baş naziri Rusiyanı nüvə təhlükəsi mənbəyi hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Fumio Kişida Amerikanın atom bombasının 79-cu ildönümü münasibətilə Xirosimada Sülh Memorial Parkında keçirilən anım mərasimində Rusiya Federasiyasından gələn nüvə silahı təhlükəsi versiyasını yenidən təkrarlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiyanın atom silahından istifadə etmək təhdidləri fonunda nüvə tərksilahı ilə bağlı vəziyyət getdikcə çətinləşir”, – deyə siyasətçi qeyd edib.

Hökumət başçısı vurğulayıb ki, Yaponiya atom bombasından zərər çəkmiş ölkə kimi “nüvə silahı olmayan” dünyaya nail olmaq üçün əlindən gələni etməyə davam edəcək.

O qeyd edib ki, Xirosima və Naqasakinin 79 il əvvəl çəkdiyi iztirablar bir daha təkrarlanmamalıdır.