Yaponiyanın gözü “Bayraktar TB2″dədirbackend

Yaponiyanın gözü “Bayraktar TB2″dədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya miqyasında böyük uğurlara imza atan Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı qlobal miqyasda böyük diqqət çəkməyə davam edir.

NOCOMMENT.az xəbəf verir ki, texnologiya nəhəngi Bayraktar TB2 pilotsuz uçuş aparatlarını Yaponiya da sınaq məqsədilə istifadə edəcək və test mərhələsindən keçirəcək.

Yaponiyanın milli mətbuatında yer alan xəbərə görə, Bayraktar TB2 Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra bu sahədə Yaponiya ordusunun üstünlük siyahısına daxil olub.

Yaponiya Müdafiə Nazirliyi 2023-cü maliyyə ili büdcəsi çərçivəsində Bayraktar TB2 pilotsuz uçuş aparatlarının sınaq məqsədləri üçün istifadə ediləcəyini açıqlayıb.

NOCOMMENT.AZ