Yaponiyanın hərbi rabitə peyklərinə müşahidə funksiyası verilə bilərbackend

Yaponiyanın hərbi rabitə peyklərinə müşahidə funksiyası verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti hərbi rabitə peyklərinə müşahidə funksiyaları əlavə etməyi düşünür.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Tokionun bu niyyəti Rusiya və Çinin kosmosda fəallığının artması ilə bağlıdır.Yaponiya Müdafiə Nazirliyi 2024-cü ildə müşahidə üçün lazım olan avadanlıqların hazırlanmasına başlayacaq. Tədqiqat üç il çəkə bilər və 200 milyon yen (təxminən 1,4 milyon dollar) tələb edəcəkdir.

Müşahidə qabiliyyətinə malik yeni peyklərin buraxılması 2030-cu illərə planlaşdırılır. Yaponiya bu məsələdə ABŞ-la əməkdaşlıq etmək niyyətindədir, onlar artıq orbitə oxşar kosmik gəmi çıxarıblar.