Yaponiyanın Rusiya ilə ticarəti kəskin şəkildə azalıbbackend

Yaponiyanın Rusiya ilə ticarəti kəskin şəkildə azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi aprelin sonunda 16,22% azalaraq 85,56 milyard yen və ya təxminən 547,6 milyon dollar təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yapon avtomobilləri Rusiya idxalının əsas kateqoriyasına çevrildi. Ticarət dövriyyəsinin 24,52 faizi onların payına düşüb. Sanksiyalara baxmayaraq, Yaponiyadan Rusiyaya avtomobil tədarükü ay ərzində cəmi 0,8% azalıb. Eyni zamanda, ehtiyat hissələrinin tədarükü 15,6%, motosikletlərin tədarükü isə 44,1% artıb. Bundan əlavə, Rusiya Federasiyası Yaponiya tibbi məhsulları (+2,4%) və kompüter hissələrini (+5000%) alıb. Plastik materialların, rezin, kağız, generator və kompüterlərin tədarükü azalıb.

Aprel ayında Yaponiya Rusiyanın enerji resurslarını (ticarət dövriyyəsinin 35,03%-i) və ərzaq məhsullarını (ticarət dövriyyəsinin 13,41%-i), xüsusilə balıq və tərəvəzləri fəal şəkildə idxal edib. Asiya ölkəsi Rusiyadan dəmir-polad məmulatlarının alışını da 3,8% artırıb.