Yaqub Eyyubov Mqer Qriqoryanla qeyri-rəsmi söhbət apardıbackend

Yaqub Eyyubov Mqer Qriqoryanla qeyri-rəsmi söhbət apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Moskvada Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Yaqub Eyyubovla Mqer Qriqoryan qeyri-rəsmi söhbət aparıblar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Mqer Qriqoryanın ofisi yayıb.

Məlumata görə, tərəflər arasında söhbət MDB İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.

“Söhbət qeyri-rəsmi olub, ayaqüstü və bir neçə dəqiqə davam edib, onun mövzusu isə Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik olub”, – deyə Ermənistan baş nazirinin müavininin ofisi qeyd edib.

Baş nazirlərin müavinləri arasında söhbət dar və geniş tərkibdə keçirilən görüşləri arasında baş tutub.