Yaqub Zurufçu və Səyyad Əlizadənin son durumu açıqlanıbbackend

Yaqub Zurufçu və Səyyad Əlizadənin son durumu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun və müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu report-a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

“Səhər həkimlə danışdım. Yaqubun vəziyyətinin ağır olduğunu bildirdilər”, – deyə o qeyd edib.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

Səyyad Əlizadənin qohumu da bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur.

“Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur”, – deyə sənətçinin qohumu vurğulayıb.

Xatırladaq ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən moidul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.