Yaqut Qarayeva ekspres testlər barədə məlumat verdibackend

Yaqut Qarayeva ekspres testlər barədə məlumat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Virusun mutasiyaya uğraması barədə məlumatlar dünya labororiyalarında yoxlanıldıqdan sonra xarici mətbuatda yayımlanıb. Bunu hətta Ümumdünya Səhiyyə Təşkilatı da bildirib”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə Azərbaycanda hələ belə araşdırmalara başlanılmayıb: O, “Virus yeni olduğundan dəqiq nəsə demək mümkün deyil. Hesab edirəm ki, ölkəmizdə də gələcəkdə müəyyən tətqiqatlar aparılacaq” fikirlərini səsləndirib.

TƏBİB rəsmisi qeyd edib ki, PCR bu gün qızıl standart sayılır. “Ekspres testlər tam diaqnoz qoyulması üçün aparıla bilməz. O sadəcə şübhəli xəstələr və elmi araşdırmalar üçün götürülür. Məhz buna görə də rəsmi formada belə testlər almamışıq”.