Yaralanan Donald Trampın son durumu açıqlanıbbackend

Yaralanan Donald Trampın son durumu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinq zamanı ona qarşı uğursuz sui-qəsd cəhdindən sonra yaxşı olduğunu açıqlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib.

“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.