Yaralı əsgərlərimizi döyüş meydanından çıxaran həkim qardaşlar – FOTOLARbackend

Yaralı əsgərlərimizi döyüş meydanından çıxaran həkim qardaşlarFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəaliyyət sahəsindən və sosial statusundan asılı olmayaraq işinə və peşəsinə sadiq, vətənpərvər və vicdanlı insanlar üzərində durur dövlət və cəmiyyətlər.

NOCOMMENT.az olaraq peşəsinə və vətəninə sadiq, vətənpərvər iki insan, iki doğma qardaşlar haqqında redaksiyamıza daxil olan həkimlər barəsində ictimaiyyətə məlumat vermək istərdik. Bu günlərdə həyatını və karyerasını həkim peşəsinə sərf edərək vətəninə şərəflə xidmət edən həkim Fizuli Sarıyevin yaxın dostunun bizə ünvanladığı məktubu olduğu kimi dərc edirik:

“Bu ilin aprel aynda yaxın ailə dostum, Sumqayıt Vərəm Dispanserinin həkimi Fizuli Sarıyev mənə koronavirus xəstələrini müalicə etmək üçün könüllü olaraq xüsusi ixtisaslaşmış xəstəxanya getdiyini deyəndə, açığı ona “Qardaş, axı bu çox təhlükəlidir, evdə balaca oğlun səni gözləyir“ dedim. Fizuli isə “Xalqın bu çətin dövründə mən kənarda qala bilmirəm“ dedi və iki aya yaxın xüsusi tipli xəstəxanada ağr Covid 19 xəstələrini müalicə etdi, ailəsini, uşağını iki ay görmədi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Fizuli həkimin könüllü olaraq covidli xəstələri müalicə etdiyinə görə xüsusi fərmanla təltif etdi.

İkinci Qarabağ savaşı başlayanda hər şey analoji olaraq təkrar olundu. Könüllü olaraq zabit həkim kimi cəhbəyə yollandı Fizuli həkim. Cəhbənin Fizuli, Cəbrayıl, Hadrut, Laçın istiamətlərində gedən ağır döyüşlərdə iştirak edən Fizuli həkim yüzlərlə əsgərimizin həyatda qalmasına yardımçı oldu. Hadrut şəhəri uğrunda gedən döyüşlərdə igid əsgərlərimiz ilə ön cəhbədə döyüşən qəhrəman dostumuz dəfələrlə ölümlə üzbəüz gəldi və 10-a yaxın yaralı əsgərimizi güllənin altından çıxardaraq həyatlarını xilas etdi. Əsl vətənərvər, millətinin, xalqının azadlığı, torpaq bütövlüyümüzün bərpasını əsas həyat kredosu hesab edən və Ali Baş Komandanımız İlham Əliyev cənablarının hər bir əmrini əsas sayan Fizuli həkim hazırda da cəhbə bölgəsində həkim kimi fəaliyyətini davam etdirir.

Əlavə olara onu da qeyd etmək istərdim ki, Fizuli həkimin həkim qardaşı Hafiz Sarıyev də könüllü olaraq həkim kimi döyüşlərə qatılmış və Xocavənd istiqamətində gedən döüşlərdə qəhrəmanlığı ilə yadda qalmışdır.

Hafiz Sarıyev
Hafiz Sarıyev

Kəşfiyyat bölüyündə xidmət edən Hafiz həkim döyüşlərin birində bir həftə mühasirədə qalmış və 15 yaralı və 1 şəhidi döyüş bölgəsindən çıxartmağa nail olmuşdur. Onun bu qəhrəmanlıgı rəhbərlik tərəfindən fərqləndirilmişdir. Hazırda o da döyüş bölgəsində xidmətini davam etdirir”.

Emin Xanlarov

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri