Yaralı halda Qarabağ-ı oxuyan əsgər müğənni imiş – VİDEObackend

Yaralı halda Qarabağ-ı oxuyan əsgər müğənni imiş – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gündən sosial şəbəkələrdə xəstəxana otağında mahnı oxuyan yaralı əsgərin videosu yayılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərdə həmin əsgərin “Qarabağ” mahnısını ifa etdiyi əks olunub. Həkimlərin ilkin tibbi müdaxiləsi zamanı onun canlı ifası rəğbətlə qarşılanıb.

Məlum olub ki, sözügedən şəxs müğənni Məbud Əhmədovdur. Xanəndə kimi fəaliyyət göstərən Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrının solistidir. İfaçı həmçinin ATV kanalında yayımlanan “Üçümüz” proqramının bek-vokalçısıdır.