Yarım milyonluq “ofis alış-verişi” – bu qədər avadanlıq kimə lazımdır?backend

Yarım milyonluq “ofis alış-verişi” – bu qədər avadanlıq kimə lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu maşın və avadanlıqların satın alınması ilə bağlı tender elan edib.

NOCOMMENT.az xəbər verir ki, satınalma çərçivəsində müxtəlif növ ofis və informasiya texnologiyaları avadanlıqlarının alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət 511.070,39 AZN təşkil edir.

Tender sənədlərinə əsasən, qurum tərəfindən skan aparatı, printer, noutbuk, planşet, kompüter dəsti, İP telefon, USB-C interfeysli SD/SDHC/SDXC və microSD/TF yaddaş kartı oxuyucusu (3-in-1) və digər avadanlıqların alınması planlaşdırılır. /32gun.az/