Yarım milyonluq toyu ilə gündəmə gələn məmur qızı ərindən ayrıldıbackend

Yarım milyonluq toyu ilə gündəmə gələn məmur qızı ərindən ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündəmə 400 min manatlıq toy etməsi ilə gələn tanınmış bloger Aysel Şükürova ikinci dəfə boşanır.

NOCOMMENT-in Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, A.Şükürova əri Oqtay Əhmədovdan ayrılıb və artıq rəsmi boşanma üçün məhkəməyə müraciət edib.

O, “instagram”dakı 1,1 milyonluq profilindən əri ilə birgə olan bütün fotolarını da silib.

Qeyd edək ki, A.Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q.Şükürov haqqında 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılmışdı.

Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Ayselin ikinci həyat yoldaşı Oqtayı döymüşdü.